AZ

Gəncəliyev Xankəndidən deputatlığa namizəd olacaq

Milli Məclisin deputatı Tural Gəncəliyev sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olacaq.

Axar.az xəbər verir ki, bu barədə Modern.az-a deputatın köməkçisi məlumat verib.

Məlumata görə, Tural Gəncəliyev yenidən 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürəcək.

Tural Gəncəliyev 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. O, 2020-ci ildə ilk dəfə Xankəndidən deputat seçilib. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 122 saylı dairədən namizədi Məmmədov Aqil Kamran oğludur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
axar.az

10Mənbələr