AZ

Vəzifəyə görə mandatını vermişdi, indi yenidən namizəd olur

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə 1 sentyabr 2024-cü ildə keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak edəcək.

Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, Şahin Kamil oğlu Seyidzadə 1978-ci ildə anadan olub, Pedaqoji Universiteti bitirib, daha sonra İqtisad Universitetində, Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbində və Mançester Universitetində biznesin idarə edilməsi və təhsilin təşkili-idarə edilməsi ixtisasları üzrə magistr oxuyub.

2012–2016-cı illərdə Gənclər Təşkilatları Milli Şurasının sədri, eyni zamanda Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, 2019-2022-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəri olub.

2020-ci il 9 fevral tarixində keçirilən parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Milli Məclisin deputatı seçilib. 3 mart 2022-ci ildə İçərişəhər Dövlət Tarix-çeçarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunduğu üçün mandatdan imtina etmişdi.

Hazırda Şahin Seyidzadənin yenidən Qobustandan (hazırda bu dairə 87 saylı “Qobustan-Şamaxı-İsmayıllı”, 50 saylı dairə isə “Abşeron 3-cü” dairəsi adlanır) namizədliyini irəli sürəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
axar.az

10Mənbələr