AZ

Şoltsdan Ermənistan və Azərbaycana çağırış: "2024 sülh ili ola bilər"

2024-cü il Ermənistan və Azərbaycan üçün sülh ili ola bilər.

Hurriyyet.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində deyib.

“Mən burada bir çox müzakirələr aparmışam. Ermənistanın baş naziri cənab Paşinyan və Azərbaycan Prezidenti cənab Əliyevlə söhbət mənim üçün önəmlidir. Bu il Cənubi Qafqaz regionu üçün son dərəcə əhəmiyyətlidir”.

O.Şolts Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısından sonra Londonda keçirilən mətbuat konfransında qeyd edib ki, tərəflər bir-birinə qarşı effektiv və cəsarətli addımlar atmağa davam edərsə, 2024 sülh ili ola bilər.

Almaniya kansleri sammitdə fürsətdən istifadə edərək tərəfləri sülh sazişi imzalamağa çağırıb.

“Tərəflər bir-birinə qarşı aktiv və cəsarətli addımlar atmağa davam edərsə, bu, sülh ilinə çevrilə bilər. Avropa Ermənistan və Azərbaycanı bir-biri ilə sülhün bərqərar olması yolunda müşayiət edəcək və dəstəkləyəcək. İnanıram ki, bu çağırış iki qonşu ölkə arasında uzunmüddətli yaxşı əməkdaşlığı təmin edəcək”, - Şolts bildirib. 

modern.az

Seçilən
144
50
hurriyyet.az

10Mənbələr