AZ

Sabah dolu düşəcək - Proqnoz

Ölkə ərazisində iyulun 22-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.


Telegram kanalımız
Seçilən
153
50
yenisabah.az

10Mənbələr