Bakı. Trend:
Avqustun 15-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağıgözlənilir.
Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi,lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi,şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyigündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanıntemperaturu gecə 20-25°, gündüz 26-30° olacaq. Atmosfer təzyiqi 758mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli,intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə vəsəhər arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabirgüclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 26-31°, dağlarda gecə11-16°, gündüz 17-19° olacaq.