AZ

Klintonlar da Harrisi dəstəklədi

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyiblər.

 

Bu barədə Bill Klinton X səhifəsində bildirib.

 

"Biz Baydenə qoşularaq, ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəkləyirik", - paylaşımda deyilir.

 

Qeyd edək ki, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
11
senzor.az

10Mənbələr