AZ

Obama Kamala Harrisin namizədliyini DƏSTƏKLƏMƏDİ

ABŞ-ın keçmiş prezidenti Barak Obama Kamala Harrisi dəstəkləməyib.

 

Modern.az xəbər verir ki, Obama Co Baydenə hörmət ifadə edən bəyanat yayaraq onu “ABŞ-ın ən mühüm prezidentlərindən biri” və “əziz dost” adlandırıb.

 

Lakin onun bəyanatında Kamala Harris haqqında heç nə deyilmir.

 

"Mən əminəm ki, partiyamızın liderləri görkəmli namizəd çıxarılacaq bir prosesi idarə edə bilərlər", - Obama yazıb.


Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də birmənalı qarşılanmayan fikirlər bildirib. O bəyan edib ki, yeni Demokrat namizədin seçilməsi “taxtın varisliyi kimi deyil, demokratik bir proses olmalıdır”.

 

Qeyd edək ki, Co Bayden seçki yarışından geri çəkilib və namizəd olmayacağını elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
21
modern.az

10Mənbələr