AZ

Rusiya orusu bu əraziləri nəzarətə götürdü

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətinin Pesçanoye Nijne və Luqansk vilayətinin Rozovka yaşayış məntəqələrinin rus hərbçilərin nəzarətinə keçdiyini açıqlayıb.
Nazirlikdən verilən bəyanatda Rusiya ordusunun Ukraynadakı fəaliyyəti ilə bağlı məlumat verilib.
Bəyanatda Rusiya Silahlı Qüvvələrinin bölmələrinin iki yaşayış məntəqəsini nəzarətinə keçirdiyi bildirilib.
“Uğurlu əməliyyat nəticəsində “Qərb” qoşunlarına tebe olan hərbçilər Luqansk Xalq Respublikasının Rozovka və Xarkov vilayətinin Pesçanoye yaşayış məntəqəsini azad edib”,-deyə bəyanatda vurğulanıb.
Bəyanatda həmçinin bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus bir Mi-8 hərbi helikopterini, Fransa istehsalı olan 2 “Hammer” idarəolunan bombanı, ABŞ istehsalı olan 2 HIMARS raketini və 40 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
veteninfo.az

4Mənbələr