AZ

Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki iki yaşayış məntəqəsinin ordunun nəzarətinə keçdiyini açıqlayıb.
Nazirlikdən verilən bəyanatda Rusiya Hərbi Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı məlumat verilib.
Rusiya ordusunun Ukraynadakı cəbhə xəttində irəliləyişini davam etdirdiyi bildirilən bəyanatda bu ifadələrə yer verilib: “Mərkəzi və cənub hərbi qruplarının bölmələri uğurlu əməliyyatlar nəticəsində Donetsk Xalq Respublikasının Spornoye və Novoaleksandrovka yaşayış məntəqələrini azad edib”.
Əməliyyat nəticəsində Ukrayna ordusuna məxsus 72 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi bildirilən bəyanatda həmçinin deyilir:
“Hərbi əməliyyat başlayandan indiyədək 616 təyyarə, 276 helikopter, 26 968 PUA, 535 hava hücumundan müdafiə raket sistemi, 16 463 tank və zirehli texnika, 1361  reaktiv yaylım atəşi sistemi, 11 129  haubitsa və minaatan ilə 23 136 hərbi maşın məhv edilib”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
trt.net.tr

5Mənbələr