AZ

İyulun 28-də imtahan verəcək şəxslərin NƏZƏRİNƏ - Bu sənədlər mütləq gətirilməlidir

İnzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə 28 iyul 2024-cü il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzidən məlumat verilib.

 

Bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

 

Firuzə Əliyeva

Seçilən
67
5
sfera.az

10Mənbələr