Yazını böyüt
Yazını kiçilt
Avqustun 11-də keçiriləcək peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsində (qanunvericilik üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
DİM-dən hafta.az-a bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün linkə daxil olmaq lazımdır.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.