AZ

Qırğızıstanda leysan yağışları ciddi fəsadlara səbəb olub

Qırğızıstanın Cəlalabad vilayətində baş verən daşqınlar həyatı iflic edib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bazar-Korkon qəsəbəsinin  Arstanbap kəndində yağan leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində bir xəstəxana, 5 körpü, yollar, parklar və 23 nəqliyyat vasitəsi su altında qalıb.

Təbii fəlakətlə əlaqədar kəndə 50 polis əməkdaşı, 250 mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi göndərilib.

Qeyd edək ki, Oş vilayətinin bir sıra bölgəsində yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

 

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
80
1
trt.net.tr

10phrase_var_article.sources