AZ

Qırğızıstanda leysan yağışları ciddi fəsadlara səbəb olub

Qırğızıstanın Cəlalabad vilayətində baş verən daşqınlar həyatı iflic edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bazar-Korkon qəsəbəsininArstanbap kəndində yağan leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində bir xəstəxana, 5 körpü, yollar, parklar və 23 nəqliyyat vasitəsi su altında qalıb.

Təbii fəlakətlə əlaqədar kəndə 50 polis əməkdaşı, 250 mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi göndərilib.

Qeyd edək ki, Oş vilayətinin bir sıra bölgəsində yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
sia.az

10Mənbələr