AZ

Kuleba: “Ukrayna Rusiya ilə danışıqlara hazırdır”

“Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır”.

Bizim.Media “RBC”ya istinadən xəbər verir ki, bunu Çinə səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə deyib.

“Ukrayna Rusiya tərəfi ilə dialoq və danışıqlar aparmağa hazırdır. Əlbəttə, danışıqlar ədalətli və davamlı sülhə nail olmaq üçün rasional olmalı və praktiki əhəmiyyət kəsb etməlidir”, - deyə Kuleba bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Kiyevin rəsmi Moskva ilə danışıqlara hazır olduğunu deyib. V. Zelenski bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə istənilən vaxt görüşməyə hazırdır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
10
bizim.media

10Mənbələr