AZ

Ukrayna Rusiya ilə danışıqlara hazırdır - Dmitri Kuleba

Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır.

APA-nın “Xinhua“ Agentliyinə istinadən xəbərinə görə, bunu Çinə səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə bildirib.

Onun sözlərinə görə, aparılacaq müzakirələr rasional və əməli nəticələrə malik olmalıdır.

Qeyd edək ki, ötən həftə Ukraynanın Prezidenti Volodimir Zelenski də rəsmi Moskva ilə müzakirələrin mümkünlüyü barədə açıqlama verib.

V. Zelenski bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə istənilən vaxt görüşməyə hazırdır.

Seçilən
125
9
azpolitika.info

10Mənbələr