1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərində bankların birinin yaxınlığında qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Məhəmməd Əzimovu "Opel" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.