AZ

Bakı-Qazax yolunda avtomobil kanala düşüb

Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alan var.

Hadisə yolun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

”Hyundai” markalı minik avtomobilin sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə fırlanaraq yol kənarındakı kanala düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, Bakı sakini, 2006-cı il təvəllüdlü Qənbərli Əli Coşqun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

”Report”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
11
ikisahil.az

10Mənbələr