AZ

“Livanla müharibəyə hazırıq!“ - İsrail səfiri

İsrailin Rusiyadakı səfiri Simon Halperin diqqət çəkən açıqlamalar verib. O, jurnalistlərə açıqlamasında deyib ki, İsrail Livanla hərbi qarşıdurmaya hazırdır. Lakin Təl Əvivi qarşı tərəfə vəziyyəti diplomatik üsullarla həll etmək şansı verir: "Biz Livanla tammiqyaslı müharibədə qətiyyən maraqlı deyilik".

Diplomat həmçinin İsrailin şimal cəbhəsində genişmiqyaslı hərbi əməliyyatlara başlamalı olacağını istisna etməyib. O qeyd edib ki, ölkəsi bu cür hadisələrə hazırdır.

Səfir yaranmış gərgin vəziyyəti futbol matçı ilə müqayisə edib. O, oyunun 90 dəqiqə davam etdiyini xatırladıb. Hazırda İsrail və Livan arasında vəziyyət oyunun sonuna kifayət qədər yaxın olan matçın həyəcanlı 85-ci dəqiqəsinə bənzəyir.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
6
news365.az

6Mənbələr