1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Olimpiya Oyunlarının futbol turnirinin qrup mərhələsinin 1-ci turu qalmaqal ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, Mərakeş və Argentina millilərinin oyunu futbola yaraşmayan məqamlara səhnə olub.
45+2-ci dəqiqədə Mərakeş millisinin hücumçusu Süfyan Rəhimi hesabı açıb. 51-ci dəqiqədə Rəhimi penaltini dəqiq yerinə yetirərək dubl edib. Argentina yığmasının hücumçusu Culiano Simeone 68-ci dəqiqədə fərqi azaldıb. Onun komanda yoldaşı, yarımmüdafiəçisi Kristian Medina isə matçın 90+16-cı dəqiqəsində vurduğu qol sayəsində görüşdə hesab bərabərləşib.
Lakin qolu qeyd edərkən Argentinanın futbolçularının üzərinə fişənglər atılıb. Bundan əlavə, Mərakeş millisinin azarkeşləri meydana çıxıblar. İğtişaşlar səbəbindən oyun dayandırılıb. Matç iki saat sonra yenidən başladıldıqda isə sonuncu qol videotəkrar vasitəsilə nəzərdən keçirilib və ləğv edilib.
Beləliklə də, Argentina Mərakeşə 2:1 hesabı ilə uduzub.