AZ

İraqlı cüdoçu Paris-2024-dən KƏNARLAŞDIRDI

İraqlı cüdoçu Sadjad Qanim Sehen Paris olimpiadasından müvəqqəti olaraq kənarlaşdırılıb.

"Unikal"  Beynəlxaq Test Agentliyinin (ITA) mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

İyulun 23-də cüdoçudan götürülən dopinq testin nəticəsi müsbət olub. O, Paris-2024-də yarışa bilməyəcək və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

İdmançı həmçinin B nümunəsnin nəticələrini də tələb etmək hüququna malikdir.

Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris olimpiadası avqustun 11-də başa çatacaq

Seçilən
168
15
unikal.az

10Mənbələr