AZ

ABŞ Konqresi Trampa sui-qəsd cəhdinin araşdırılmasını təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası yekdilliklə respublikaçı Donald Trampa sui-qəsd cəhdinin səbəblərini araşdırmaq üçün işçi qrupunun yaradılmasını dəstəkləyib. 

Missiya.Az xəbər verir ki, bu barədə Qanunverici orqanın aşağı palatasında səsverməni "C-SPAN" kanalı yayımlayıb.

İşçi qrupun yaradılmasının lehinə 416 konqresmen çıxış edib, əleyhinə bir nəfər də olsun səs verilməyib. Qətnamənin təsdiqlənməsi üçün onu Konqresin aşağı palatasının üzvlərinin ən azı üçdə ikisi dəstəkləməli idi.

İşçi qrupuna yeddi respublikaçı və altı demokrat daxil olacaq, onların adları cümə axşamı elan olunacaq. Onlar dekabrın 13-dən gec olmayaraq araşdırmalarının nəticələrini təqdim etməli olacaqlar.

Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
67
5
missiya.az

8Mənbələr