AZ

ABŞ Konqresi Trampa sui-qəsd cəhdinin araşdırılmasını təsdiqlədi

iran
ABŞ Konqresinin Nümayəndələr Palatası yekdilliklə respublikaçı Donald Trampa sui-qəsd cəhdinin səbəblərini araşdırmaq üçün işçi qrupunun yaradılmasını dəstəkləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatasında səsverməni C-SPAN kanalı yayımlayıb.
Bildirilir ki, işçi qrupun yaradılmasının lehinə 416 konqresmen çıxış edib, əleyhinə səs verən olmayıb.
Qətnamənin təsdiqlənməsi üçün onu Konqresin aşağı palatasının üzvlərinin ən azı üçdə ikisi dəstəkləməli idi.
CNN Nümayəndələr Palatasının spikeri Mayk Consona istinadən bildirib ki, işçi qrupuna yeddi respublikaçı və altı demokrat daxil olacaq, onların adları cümə axşamı elan olunacaq. Onlar dekabrın 13-dən gec olmayaraq araşdırmalarının nəticələrini təqdim etməli olacaqlar.
Seçilən
41
5
yeniavaz.com

8Mənbələr