Rəqib növbəti matçda amansız mübarizə aparacaq.
Teleqraf.com xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "DAK 1904"lə (Slovakiya) oyundan sonra keçirilən mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis 4:0 hesablı qələbəni şərh edib:
“İlk oyundan sonra danışmaq həmişə çətindir. Birinci hissə bitdi. Bizi 1 hətəlik fasilə gözləyir. Əgər mərhələni keçmək istəyiriksə, cavab matçına yaxşı hazırlaşmalıyıq. Rəqib növbəti matçda amansız mübarizə aparacaq. Biz gördük ki, onlar 60-cı dəqiqədən sonra amansız mübarizə aparırlar".
Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.
Müəllif: Teleqraf.com