UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "DAK 1904"ü (Slovakiya) Mərdəkanda 4:0 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis darmadağını belə şərh edib:
“İlk oyundan sonra danışmaq həmişə çətindir. Birinci hissə bitdi. Bizi bir həftəlik fasilə gözləyir. Mərhələni keçmək istəyiriksə, cavab matçına yaxşı hazırlaşmalıyıq. Rəqib növbəti matçda amansız mübarizə aparacaq. Biz gördük ki, onlar 60-cı dəqiqədən sonra amansız mübarizə aparırlar".
Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.