AZ

Naxçıvanda piyadanı avtomobillə vuran sürücünün özü də xəstəxanalıq olub

Naxçıvan şəhərində avtomobil 40 yaşlı qadını vurub
 
Moderator.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əliabada qəsəbəsində baş verib.
 
Belə ki, 1963-cü il təvəllüdlü Rəhimov Telman Bəhruz oğlunun idarə etdiyi 10-VH-371 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayeva Əfsanə Qulu qızını vurub.
 
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
T.Rəhimovun isə hadisə zamanı halı pisləşib və o xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
49
6
moderator.az

7Mənbələr