Naxçıvan şəhərində avtomobil 40 yaşlı qadını vurub.
“Report” xəbər verir ki, hadisə şəhərin Əliabada qəsəbəsində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Rəhimov Telman Bəhruz oğlunun idarə etdiyi 10-VH-371 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayeva Əfsanə Qulu qızını vurub.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Sürücü T.Rəhimovun isə hadisə zamanı halı pisləşib. Ürək xəstəsi olan sürücü xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.