Gürcüstanın baş naziri İrakli Kobaxidze və prezidenti Salome Zurabişvili Parisdə Olimpiya iştirakçılarının şərəfinə keçirilən tədbirdə iştirak ediblər.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, kulminasiya nöqtəsi iyulun 25-də axşam Luvrda Olimpiadada iştirak edən ölkələrin şərəfinə verilən ziyafət olub.
Protokol siyasi opponentlərin - Zurabişvili və Kobaxidzenin tədbirdə kəsişməməsi üçün inanılmaz səylər göstərməli olub.
Onların mətbuat xidmətləri bir-birinin adını çəkməyib, bir ortaq foto və ya video da dərc etməyib.