AZ

Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib

 
"Avropa İttifaqı ölkələrinin xüsusi xidmət orqanları Rusiya tərəfindən diversiyaların təşkili barədə xəbərdarlıq edib..."
 
Fransada Olimpiya Oyunları zamanı terror aktları təhlükəsi səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib
 
Fransada SNCF yüksəksürətli dəmir yolları operatoru ölkə ərazisinin xeyli hissəsində hərəkəti dayandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu, Olimpiya Oyunlarının açılışından bir neçə saat öncə bir sıra yanğınlardan sonra baş verib. 
 
Sərnişinlər sosial şəbəkələrdə Paris vağzallarında toplaşan kütlənin foto və videolarını yerləşdirib.
 
Şirkət bəyan edib ki, "cinayətkarcasına hərəkətlər" ölkənin dəmir yollarının işinin iflic edilməsinə yönəlib. Şirkət rəhbəri Jan-Pyer Farandu baş verənləri "Fransaya hücum" adlandırıb.
 
SNCF məlumat verib ki, belə vəziyyət "təmir işləri aparılan zaman ən azı istirahət günləri müddətində" davam edəcək.
 
Qatarların hərəkətinin dayandırılması 800 min sərnişini əhatə edəcək. Sərnişinlərə öz səfərlərini təxirə salmağa və vağzallardan uzaq durmağa çağırış edilib.
 
Hakimiyyət nümayəndələri bu hücumların açıq-aşkar qəsdən və əlaqəli şəkildə həyata keçirildiyini bəyan edir.
 
Hələlik saxlanılanlar və ya şübhəli bilinənlər barədə hələlik məlumat verilmir. Diversiyalara görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.
 
Bundan başqa, "Avropa hava limanı" adlanan və İsveçrə sərhəddi yaxınlığında yerləşən Bazel-Myuluz-Frayburq hava limanı müvəqqəti bağlanıb və "təhlükəsizlik mülahizələrinə görə" təxliyə edilib.
 
Fransada Olimpiya Oyunları zamanı terror aktları təhlükəsi səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.
 
O cümlədən "İslam dövləti" nümayəndələri hücum edəcəyi ilə təhdid edib. Avropa İttifaqının bir sıra ölkələrinin xüsusi xidmət orqanları Rusiya tərəfindən diversiyaların təşkil ediləcəyinin mümkünlüyü barədə xəbərdarlıq edib.
 
Bundan başqa, İsrailin olimpiya yığmasının ünvanına təhdidlər səsləndirilib. İdmançılara Parisdə onları "yeni Münhen"in gözlədiyi barədə xəbərdarlıq edilib.
 
Xatırladaq ki, Parisdə bu gün, iyulun 26-da yay Olimpiya Oyunlarının açılış mərasimi gözlənilir. Mərasimdə 7500 idmançı, 300 min tamaşaçı və çoxsaylı VİP şəxslər iştirak edəcək. 
 
Açılış mərasimi ilk dəfə olaraq Sena çayında qayıqlar paradı ilə keçiriləcək.
Seçilən
214
50
moderator.az

10Mənbələr