AZ

Erməni təxribatları səngimir: “Bunun cavabını alacaqlar”

 “Ermənistanın son günlərdə törətdiyi təxribatların arxasında onlara silah verən ölkələr dayanır”.

Bu sözləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Cebheinfo.az”a açıqlamasında deyib.

O bildirib ki, bəzi ölkələr Ermənistanı yeni müharibəyə həvəsləndirirlər:

“Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir. 

Xüsusilə son günlərdə İranın Ermənistan 500 milyon dollar dəyərində silah verdiyinə dair məlumatlar yayılır.

Lakin İran rəsmiləri buna münasibət bildirmirlər. Həmçinin, ABŞ-də Ermənistanla hərbi təlimlər keçirir. Bundan başqa, Avropa İttifaqına daxil olan bəzi ölkələr də gizli şəkildə Ermənistana dəstək verirlər. 

Ermənilər də bundan həvəslənərək təxribatlara əl atırlar”.

Partiya sədri qeyd edib ki, bəzi qüvvələr Cənubi Qafqazı müharibə meydanına çevirmək istəyir:

“Lakin bu istəklərinə nail ola bilməyəcəklər. Hətta bununla bağlı Rusiya da məlum qüvvələrə xəbərdarlıq edib. Bu dəqiqə faktiki olaraq Fransa, Hindistan, İran, ABŞ kimi ölkələr Ermənistandadır. 

Təbii ki, bu da bölgəni “barut çəlləyi”nə çevirir. Hesab edirəm ki, Azərbaycan bu məsələlərdə sona qədər səbrli davranmayacaq və zamanı gələndə lazım olan addımları atacaq”.

Elşad Musayevin sözlərinə görə, sözügedən təxribatların arxasında Paşinyan administrasiyası dayanır:

“Paşinyan administrasiyası vəziyyəti qəsdən gərginləşdirir. Onlar həm sülh danışıqlarını uzatmaq, həm də ölkəmizdə keçiriləcək böyük tədbirlər öncəsi müəyyən gərginlik yaratmaq istəyirlər.

Çünki COP29 kimi tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzuna çox böyük töhfə verir. Ermənilər də buna kölgə salmaq üçün müəyyən gərginlik yaratmağa cəhd edirlər. Onlar Azərbaycanın təxribatlara reaksiya verməyəcəyini düşünürlər, amma yanılırlar. 

Unutmasınlar ki, ABŞ generalları ilə birlikdə Ermənistanda hərbi təlimlər keçirəndə Azərbaycan Ordusu Xankəndi və ətraf bölgələri işğaldan azad etdi. Yəni ermənilər yenə də “odla oynayırlar” və bunun cavabını alacaqlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
cebheinfo.az

10Mənbələr