AZ

Ermənistan -Azərbaycan arasında böyük müharibə ehtimalı artir-Vuqar Dadaşov

Ermənistan-Azərbaycan arasında böyük müharibə ehtimalı artır.bunu Avropa.info-ya Milli Cəphə Partiyasınin (MCP)hüquq məsələləri üzrə müavin , tanınmış hüquqşünas Vüqar Dadaşov deyib.Taninmiş hüquqşünasın şərhini sizə təqdim edirik.Dünya nəhəngləri ararında müharibə bir başa açıq hərbi fazaya keçməsə də, beynəlxalq geosiyasi  vəziyəti ağırlaşdırır, yeni müharibə ocaqlarının yaranmasına səbəb olur, mövcud konflikləri isə dərinləşdirir. ABŞ başda olmaqla Qərb Rusiya qarşıdurması, sabiq prezident Donald Tramın təzyiqləri nəticəsində Co Baydenin növbəti dəfə ABŞ prezidentiliyi postu uğrunda mübarizədən çəkilməsindən sonra, Qərbin dünyada siyasi-hərbi vəziyyəti ağırlaşdırmaq istəklərinin daha da artdığı açıq görünür. Donald Trampın yenidən hakimiyyətə qayıtma ehtimalı Qərbi tələsik addımlara məcbur edir ki, "müharibələrlə siyasi və iqtisadi qazanc" siyasəti büdrəməsin.Qərb Rusiyaya qarşı Cənubi Qafqaz siyasətində Ermənistan Azərbaycan qarşıdurmasını canlandırmaq və böyük müharibəyə nail olmaqla, paralel olaraq həm Rusiyanı və həm də Azərbaycan, Türkiyəni hədəfə götürür. 22.02.2022-ci il tarixli Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməsi və nəhayət, Çinin və Azərbaycanın dövlət başçılarının imzaladığı Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulması haqqında Birgə Bəyannaməsi əlbəttə ki, Qərbin Azərbaycana qarşı siyasətinə hücum xarakteri verir. Hərçənd ki, Qərb Azərbaycana qarşı həmişə ikili yanaşma və təzyiq siyasəti yürüdüb.Ermənistanın əsasən Fransa, Hindistan, Yunanıstan tərəfindən ağır və hücum silahlarla mütamadi və planlı şəkildə təmin edilməsi, Ermənistan ordusuna franslzların sistemli hərbi təlimlər keçirməsi təbii ki, Azərbaycanla yeni müharibənin əlamətləridir. Bir neçə gün əvvəl başlamış ABŞ - ın Ermənistanda keçirdiyi hərbi təlimlər də eyni məqsəd daşıyır. Ermənistan Azərbaycan arasında hərbi vəziyətin ağırlığına, 18 iyulda Londonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın bir-birilə görüşdən imtina etməsi də sübutdur.Bu günlərdə “Iran International” yaydığı məlumata görə təbii müttəfiqlər İran və Ermənistan arasında 500 milyon dollar həcmində silah tədarükü ilə bağlı məxfi müqavilə imzalanıb.Ermənistanın Azərbaycanala şərti sərhəd boyunca, xüsusən də Kəlbəcər və Tovuz istiqamətində hərbi təxribatları sözsüz ki, yeni müharibəyə başlama cəhdləridir. Erməni təxribatlarına Azərbaycan Müdafiə Nazirliyinin verdiyi sərt xəbərdarlığı vəziyyətin pik nöqtəsinə yaxınlaşdığını göstərir.Qərbin dirijorluğu ilə Ermənistanın Rusiyadan qopmaq siyasətində Paşinyan hakimiyətinin geri addım atmayacağı ehtimalınln yüksəkməsi, Rusiya da Ermənistanın Azərbaycanla növbəti müharibə edəcəyi təqdirdə, Ermənistanın qaçılmaz  məğlubiyyəti səbəbindən Paşinyan hakimiyətini itirəcəyinə hesab götürür.Həmçinin, bu ilin Mayın 8-i Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə əldə olunan razılaşmada Paşinyanın Putini aldatması, sözünü tutmaması, Putinin Paşinyan hakimiyəti ilə bağlı konkret addımlar atacağını göstərir. Məsələ ondadır ki, mayın 8-i Paşinyanın Rusiya səfəri dövründə keşiş Qalstanyanın başçılıq etdiyi mitinqlər Paşinyan hakimiyəti üçün real təhdidə çevtilmişdi. Bəzi məlumatlara görə, Rusiyanın nəzarətində olan "keşiş" mitinqlərin, Paşinyanın avrounteqrasiya siyasıtindən geri çəkiləcəyinə söz verməsi müqabilində "keşiş" mitinqləri səngidi. Buna baxmayaraq Paşinyan sözünü tutmadı.Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova  dəfələrlə Qərbi Azərbaycan mövzusuna toxunaraq, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtmasından danışıb. Əlbəttə ki, bu nəticə Ermənistan üçün qəbul edilməzdir. Azərbaycanlıların geri Qərbi Azərbaycana (Ermənistana) qayıtması isə ancaq tərəflərin münasibətlərinin normallaşması, sülh mahiyətli sənədin imzalanmasından sonra mümkünküyünü nəzərə alsaq, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı Ermənistanın da Azərbaycanla hərbi vəziyyətin gərginləşməsinə maraqlı olduğuna əlavə, həm də ağır arqument hesab etmək olar. Eyni zamanda da, Azərbaycanın Ermənistanın müstəqillik aktında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların dəyişdirilməsini tələb edir. Ermənistanı isə Azərbaycan tələblərindən ancaq yeni müharibə yayındıra bilər. Əlbəttə ki, bu variant Ermənistan üçün daha təhlükəli və risklidir. Bu halda Ermınistanın indiki sərhədləri daxilində qalması çox çətindir.Bir məqamı da xatırlatsaq yerinə düşər, Azərbaycan Vətən müharibəsində Ermənidtan və onun havadarları üzərində möhtəşəm qələbə qazandıqdan və 19-20 sentyabr 2023-cü il antiterror tədbirlərindən sonra da ordusunu möhkəmləndirməyi, yeni birləşmələr yaratmağı, ən müasir silahlala təhcuz olunmağı davam etdirir. Yeni müharibə də Azərbaycanın möhtəşəm qələbəsi ilə bitəcək və böyük hədəflərini reallaşdırmaq imkanı qazanacaq.Avropa.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
avropa.info

10Mənbələr