AZ

BMT: “Qəzzada hər 10 nəfərdən 9-u məcburi köçkündür”


Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin hücumları altında olan Qəzza zolağında 10 nəfərdən 9-nun məcburi köçkün edildiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, açıqlamada Azzada təhlükəsiz yer olmadığı vurğulanıb və bölgədəki insanların gedəcək yerləri olmadığı diqqətə çatdırılıb. Açıqlamada, təxminən 2,3 milyon əhalisi olan Qəzzada hər 10 nəfərdən 9-nun məcburi köçkün edildiyi vurğulanıb. Bildirilib ki, məcburi köçkün fələstinlilər tapa bildikləri yerlərə, o cümlədən, dolu məktəblərə, dağılmış binalara, qum üzərində tikilmiş müvəqqəti çadırlara, hətta zibil yığınlarının olduğu ərazilərə sığınmağa çalışıblar.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
7news.az

7Mənbələr