AZ

BMT: Qəzzada hər 10 nəfərdən 9-u məcburi köçkündür

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin hücumları altında olan Qəzza zolağında 10 nəfərdən 9-nun məcburi köçkün edildiyini bildirib.

"UNRWA"-nın sosial media hesabından İsrailin hücumları nəticəsində Qəzzada didərgin düşən fələstinlilərlə bağlı açıqlama verilib.

Bəyanatda Qəzzada təhlükəsiz yer olmadığı vurğulanıb və bölgədəki insanların gedəcək yerləri olmadığı diqqətə çatdırılıb.

Açıqlamada, təxminən 2,3 milyon əhalisi olan Qəzzada hər 10 nəfərdən 9-nun məcburi köçkün edildiyi vurğulanıb.

Bildirilib ki, məcburi köçkün fələstinlilər tapa bildikləri yerlərə, o cümlədən, dolu məktəblərə, dağılmış binalara, qum üzərində tikilmiş müvəqqəti çadırlara, hətta zibil yığınlarının olduğu ərazilərə sığınmağa çalışırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
3
aznews.az

7Mənbələr