Bakı. Trend:
Azərbaycanın aviasiya sənayesində son on il ərzində mühüminkişaf baş verib.
Trend xəbərverir ki, bu barədə "Boeing"in Türkiyə və Mərkəzi Asiya üzrəidarəedici direktoru Ayşem Sargın "ThinkYoung" qeyri-kommersiyatəşkilatının "Boeing" aerokosmik şirkətinin tərəfdaşlığı ilə təşkiletdiyi "ThinkYoung" kodlaşdırma məktəbinin diplom təltifetməmərasimində deyib.
"Bu gün burada olmaqdan şadam, çünki bu tədbir "Boeing"şirkətinin Azərbaycanın ictimai həyatında ilk iştirakı, eləcə də,Xəzər dənizi və Mərkəzi Asiya regionunda həyata keçirdiyimiz ilktəşəbbüsdür", - deyə o vurğulayıb.
Ayşem Sargın qeyd edib ki, Azərbaycan hökuməti və özəl sektorinfrastruktura və təyyarə parkına böyük investisiyalar qoyub.
"Bu, "Boeing" üçün mühüm bazardır və Azərbaycanın, o cümlədən,aviasiya sahəsində inkişaf üçün böyük potensialı var. Tərəfdaşımızolan "Think Young" ilə Azərbaycanda həyata keçirdiyimiz kodlaşdırmaməktəbi tələbələri rəqəmsal bacarıqlarını inkişaf etdirməkləgələcəyə hazırlayan unikal proqramdır", - deyə o əlavə edib.
Qeyd edək ki, iyulun 22-dən 26-dək "ThinkYoung" və "Boeing"şirkətləri Xəzər regionu və Mərkəzi Asiya üzrə kodlaşdırmaməktəbində ilk məşğələlərini keçiblər.
Proqram çərçivəsində Bakıda 10-17 yaş arası azərbaycanlıməktəblilər kodlaşdırma dərsləri, o cümlədən vebsayt və oyunlarınhazırlanması üzrə dərslər keçiblər.
Tələb olunan rəqəmsal bacarıqlarla yanaşı, tələbələr ingilisdilini də öyrəniblər və texnologiya, aviasiya və digər STEMsahələrində gələcək karyeralarında onlara kömək edəcək bacarıqlarəldə ediblər.
(Tərcümə: Rəna Əbdürəhmanova)