AZ

iPhone 18 Pro smartfonları 2 TB daxili yaddaş həcmini əldə edə bilərlər

   iPhone 16 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı və artıq indidən iPhone 17 smartfon seriyası barəsində məlumatların ortaya çıxmaları fonunda iPhone 18 seriyası barəsində də məlumatlar ortaya çıxmağa başlayıb. Ortaya çıxmış məlumata əsasən iPhone 18 seriyası böyük daxili yaddaş həcmini əldə edə bilər. Ortaya çıxmış məlumatda qeyd edilib ki, iPhone 18 seriyasına daxil olacaq iPhone 18 Pro modellərində Apple şirkəti yeni flash yaddaş texnologiyasından istifadə etməyi planlaşdırır.     İstifadəsi planlaşdırılan yeni flash yaddaş texnologiyası öz növbəsində iPhone 18 Pro smartfonlarının daxili yaddaş həcmlərini 2 TB-a yüksəldə bilər. Qeyd etmək lazımdır ki, söhbət, QLC adlı 4 mərhələli yaddaş texnologiyasından gedir. Hal-hazırda aktual olan iPhone-lar TLC adlı 3 mərhələli yaddaş texnologiyasına sahibdirlər. Lakin QLC yaddaş çipinin ölçüsünü böyütmədən onda daha çox məlumatın saxlanması imkanını verir. Gözləntilərə əsasən Çindəki smartfon istehsalçıları bu yeni texnologiyaya bu ilin sonunda keçid edəcəklər. Apple şirkətinin isə bu texnologiyaya 2026-cı ildə keçid edəcəyi gözlənilir. QLC texnologiyasına keçid sayəsində Apple 2 TB-a kimi yaddaş həcminə sahib iPhone 18 Pro və iPhone 18 Pro Max modellərini təklif edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
34
technote.az

10Mənbələr