Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan olan yanğınsöndürmə qrupları Kanadanın Alberta və Britaniya Kolumbiyası əyalətlərində yanğınların söndürülməsinə kömək etməyə gedəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kanadanın baş naziri Castin Trudeau X hesabında verdiyi açıqlamada Albertanın Jasper bölgəsində yanğınlarla mübarizənin davam etdiyini bildirib.
Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan 400-dən çox yanğınsöndürmənin Alberta və Britaniya Kolumbiyasındakı yanğınlarla mübarizəyə dəstək vermək üçün bölgəyə gələcəyi barədə məlumatı paylaşan Trüdo yanğınla mübarizə aparan qruplara təşəkkür edib.
Jasper Milli Parkı ətrafında evakuasiya səyləri davam edərkən, İqlim Nazirliyinə bağlı Kanada Parklarının internet saytında edilən elanda parka girişin ən azı avqustun 6-na qədər qadağan edildiyi bildirilib.
"New York Times" qəzetinin məlumatına görə, Jasper Milli Parkında təxminən 363 kvadrat kilometr ərazinin yanğın nəticəsində məhv olduğu təxmin edilir.
Jasper bölgəsinin rəsmiləri yanğının vurduğu zərərin hələ tam olaraq müəyyən edilmədiyini və "bölgənin yarıdan çoxunun" zərər çəkmiş ola biləcəyini açıqlayıb.
Jasper Milli Parkı ətrafında yaşayan təxminən 25 min insan artan alov səbəbindən iyulun 23-də ərazini boşaltmalı olub.