Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan olan yanğınsöndürmə qrupları Kanadanın Alberta və Britaniya Kolumbiyası əyalətlərində yanğınların söndürülməsinə kömək etməyə gedəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo “X”dakı hesabında bildirib.
O, qeyd olunan ölkələrdən 400-dən çox yanğınsöndürənin Alberta və Britaniya Kolumbiyası əyalətlərində yanğınlarla mübarizəyə dəstək olmaq üçün bölgəyə gələcəklərini bildirib və yanğınla mübarizə aparan qruplara təşəkkür edib.
Jasper Milli Parkı ətrafında evakuasiya işləri davam edərkən, İqlim Nazirliyinə bağlı Kanada Parklarının internet saytında edilən elanda ən azı avqustun 6-na kimi parka girişin qadağan edildiyi bildirilib.
Jasper Milli Parkı ətrafında yaşayan təxminən 25 min insan artan alov səbəbindən iyulun 23-də ərazini boşaltmalı olub.