İyulun 14-də keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərib, altı nəfərin isə nəticəsi ləğv edilib.Bu barədə Mərkəzdən məlumat verilib.Bildirilib ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib.IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib.İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27 929 abituriyentdən (I qrup üzrə 22 889 nəfər, IV qrup üzrə 5 040 nəfər) 767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta