İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, IV ixtisas qrupu üzrə həm buraxılış, həm də blok imtahanlarının ümumi yekununa görə, ən yüksək nəticəni 697 bal toplayan Hüseynova Nuray Emin qızı göstərib.
O, imtahanın birinci mərhələsində 300 bal, ikinci mərhələdə 397 bal toplayıb.
Nuray Hüseynova Gəncə şəhər 39 saylı orta məktəbin məzunudur.
Modern.az Nuray Hüseynova ilə əlaqə saxlayıb. Abituriyent bildirib ki, imtahandan yüksək nəticə əldə edəcəyini gözləyirmiş:
“İmtahan prosesi müsbət, unudulmaz xatirələrlə yadımda qalacaq".
Nuray Hüseynova deyib ki, Azərbaycan Tibb Universitetininde Müalicə işi fakültəsində təhsil almağı düşünür:
“Azərbaycan Tibb Universitetini bitirdikdən sonra təhsilimi xaricdə davam etdirməyi nəzərdə tuturam”.