AZ

Tramp prezident seçilərsə…

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərisadəcə, amerikalıların yox, bütün dünyanın səbirsizliklə gözlədiyisəsvermə olacaq. "Harris, yoxsa Tramp?" sualının ritorik yükü ağırolduğundan cavablar çox fərqlidir.

ABŞ-ın sabiq prezidenti Donald Trampın yenidən Ağ Evəsahiblənməsi və ölkəni idarə etməyə başlaması ilə bağlı ehtimallargüclüdür. Amerikalıların çoxu, ABŞ mediası və siyasi analitikləriilə yanaşı, dünyanın ən müxtəlif ölkələrindəki mass-mediaseçkilərdə demokratların məğlubiyyətinə şübhə etmir.

Onların fikrincə, Respublikaçılar və Demokratik partiyalarınınyeni qarşıdurmasının nəticələrini təxminləmək çətin deyil.

Hamı hazırlaşır

Brüsseldə NATO rəhbərliyi Ukraynanın dəstəklənməsinin və Kiyevəyardımlar göstərilməsinin davam etdirilməsinin uzunmüddətlitəminatı ilə bağlı yeni proqram hazırlayır ki, D.Tramp prezidentseçilərsə, onun administrasiyası maneələr yarada bilməsin.

Türkiyədə hakimiyyət dairələri və siyasi analitiklər DonaldTrampın prezident seçiləcəyi təqdirdə ABŞ-ın Suriya ilə bağlıyürütdüyü siyasətdə mümkün dəyişiklikləri proqnozlaşdırmağaçalışırlar.

Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan və Kanadanınhakimiyyət elitaları indi ABŞ-dakı respublikaçı qubernatorlarla vəsenatorlarla müzakirələr apararaq amerikalı mühafizəkarlarlaəlaqələri möhkəmləndirmək niyyətindədir.

Qərbdəki siyasi analitiklərin gündəmə gətirdikləri yeni sualbelədir: "Donald Trampın qayıdışına hazırlaşmalıyıq, yoxsa yaxşısıbudur tələsməyək və yeni reallığın necə olacağını gözləyək?"

Şübhələr və narahatlıq, təlaş və nigaranlıq səbəbsiz deyil.

Donald Tramp Birləşmiş Ştatların çağdaş siyasətində tam fərqlifiqurdur. Ənənəvi sosial və ailə dəyərlərinin, Çinlə münasibətlərinminimallaşdırılmasının, Avropa İttifaqı və NATO ölkələrinəamerikalıların dəstəyi ilə yardımlarının azaldılmasının, sağtəcridçiliyin radikal təzahürlərinin gündəmə gətirilməsinintərəfdarı olan Tramp üçün ümdə məsələ məhz ABŞ-ın maraqları, daxilisiyasəti, iqtisadiyyatı, nüfuzu və yeridir.

NATO ilkin tədbirlər görür

Donald Trampın ilk prezidentliyi dönəmindən fərqli olaraq, NATOölkələri yeni siyasi situasiyaya daha yaxşı hazırlaşdıqlarınıdeyirlər. Avropa ölkələrinin siyasətçilərinin dediklərinə görə,Trampın siyasi qayıdışına tam sürətlə gedən hazırlıq üç istiqamətdəaparılır:

1. Donald Trampın özü və yaxzın ətrafı ilə sıx əlaqələrinqurulması, bu minvalla gələcəkdə anlaşılmazlıqlar riskinin minimumaendirilməsi.

2. Avropa İttifaqı ölkələrinin müdafiə və hərbi-texnikixərclərini azaldaraq Donald Trampla onun rəhbərlik etdiyi siyasikoalisiyanın rəğbətini qazanmaq.

3. NATO-nun siyasi, geosiyasi və s. prioritetlərini Trampadminstrasiyasının müdaxilələrindən qorumaq üçün diplomatik, habeləhüquqi tədbirlərin hazırlanması.

İlk baxışdan bütün bunlar Donald Trampın ABŞ prezidentiseçiləcəyi təqdirdə dünyanı gözləyən turbulentliyin təsiriniazaltmaq üçün strateji idarəetmə prinsipləri təsiri bağışlayıb.

Lakin problem odur ki, Trampın ABŞ prezidenti postunda nəedəcəyi, hansı qərarlar verəcəyi bəlli deyil və onları təxminləməkbelə, çox çətindir.

2017-ci ilin yanvarın 20-də D.Tramp ABŞ prezidenti postundasəlahiyyətlərinin icrasına başlayanda Qərb ölkələri, ABŞ-ınmüttəfiqləri düşünürdülər ki, 4 illik müddət uzun zaman kəsimideyil, dözmək olar.

İndi düşüncə tərzi və formatı dəyişib. Qərb gec də olsa,anlamağa başlayıb ki, "trampizm" keçici proses deyil və bu səbəbdənŞimali Atlantika Alyansı mütləq şəkildə ABŞ-ın yeni təcridçilik(izolyasionizm) siyasəti ilə qarşılaşacağını güman edir.

Fransada, İtaliyada, Almaniyada və Avropa İttifaqının digərölkələrində radikal mühafizəkarların, ifrat sağçıların hakimiyyətəgəlmək şanslarının artdığı bir dövrdə Donald Trampın bu ümumitrendin liderinə çevriləcəyi də şübhə doğurmur.

Digər önəmli məsələlərdən biri də özlərini "Trampın yaxın adamı"kimi qələmə verən amerikalı siyasətçilər arasında kimin gerçəkdəndə, ABŞ-ın 46-cı prezidenti olmağa hazırlaşan şəxsin real emissarıolmasının müəyyənləşdirilməsidir.

ABŞ-ın müttəfiqləri D.Trampın ilk prezidentliyi dövründəkitəcrübələrinə əsaslanaraq nətiyyətlə deyirlər ki, onun özü və yaxınətrafındakı insanlarla birbaşa, vasitəçilərsiz təmaslar həddənziyadə önəmlidir.

Xatırladaq ki, D.Tramp prezident olarkən Sindzo Abe və JairBolsanarudan tutmuş, Boris Conson və Kim Çen Inadək ən müxtəlifdövlət və hökumət liderləri ilə birbaşa əlaqələr qurmuşdu: həminşəxslər də o əlaqələrdən öz maraqları üçün istifadə etmişdilər.

Trampın yaxın ətrafındakı insanlarla təmaslar intensivləşib.Məsələn, Kanadanın xarici işlər naziri Frasnua-Filipp Şampan ABŞ-ayollanaraq qubernatorlar Henri MakMaster (Cənubi Karolina) və CimPillenlə (Nebraska), onun alman həmkarı Annalena Berbok Texasayollanaraq Qreq Ebbotla, Britaniyanın XİN başçısı Devid Lemmi isəVaşinqtonda Trampın ətrafındakı şəxslərlə, o cümlədən senatorlarLindsi Qrem və C.Di Venslə görüşüb.

Ümumiyyətlə, avropalı siyasətçilər və hakimiyyət mənsublarıhazırda MAGA ("Make America Great Again") koalisiyasında olanlarlaaktiv danışıqlardadır.

Xatırladaq ki, MAGA 2016-cı ildə D.Tramp prezident seçkiləri iləbağlı təbliğat kampaniyasına başlayanda onun gündəmə gətirdiyi şüaridi və indi yenidən aktuallaşıb.

NATO-nun təlaşını anlamaq olar. Donald Tramp indiyədək dəfələrləbəyan edib ki, Şimali Atlantika Alyansına daxil olan ölkələrmüdafiə xərclərini artırmalı, təhlükəsizliklərinin təminatındaABŞ-a bel bağlamamalıdır.

"Dünyanın bir çox yerlərində ölkələr təhlükəsizlikləriniamerikalı vergiödəyiciləri, ABŞ vətəndaşları hesabına təmin etməkistəyirlər. Buna son qoymaq gərəkdir! Ukraynadakı hərbiəməliyyatlara gəldikdə isə, Rusiyanın qarşısını almaq üçün bu qədərpul xərcləmək niyyətində deyiləm. Özlərini təhlükəsizliyini vəmüdafiəsini təmin etməyə pul xərcləmək istəməyən NATOmüttəfiqlərimizə Rusiya nə edirsə, etsin!" - D.Tramp deyib.

D.Trampın sözlərinə görə, NATO üzvü olan ölkələrinin hər birininmüdafiə və təhlükəsizlik xərcləri dövlət büdcəsinin minimum 3faizini təşkil etməlidir.

Bu səbəbdən NATO və alyansa daxil olan ölkələr müdafiəxərclərini artırmaq qərarına gəliblər. Məsələn, Norveç yaxın 12 ilərzində müdafiə xərclərini 152 milyard dollara çatdıracaq, həminvəsaitinin böyük qismi raket və artilleriya sistemlərininistehsalına sərf ediləcək.

Rumıniya "Patriot" zenit-raket sistemlərinin alınması ilə bağlıABŞ ilə 4 milyard dollarlıq müqavilə imzalayıb.

Polşa müdafiə xərclərini dövlət büdcəsinin 4 faizi səviyyəsinəçatdırıb.

Ancaq NATO ölkələrinin heç də hamısı bu strategiyanıreallaşdırmır.

İtaliya və Kanadanın müdafiə xərcləri büdcənin 2 faizindən artıqdeyil.

İspaniya, Portuqaliya və Belçikada da belədir.

ABŞ prezidenti Co Bayden administrasiyası və ümumiyyətlə,demokratlar Donald Trampın mümkün prezidentliyi zamanı VaşinqtonunNAT0-ya təzyiqlərini azaltmaq üçün preventiv tədbirlər görməyəçalışırlar. Belə ki, ötən ilin dekabrında Nümayəndələr Palatasındavə Senatda qəbul edilmiş qətnaməyə görə, Konqresin dəstəyi vərazılığı olmadan ABŞ prezidenti ölkənin NATO sıralarını tərketməklə bağlı qərar qəbul edə bilməz.

Belə qərarlar Donald Trampın NATO ilə bağlı “fəaliyyətsərbəstliyi”ni məhdudlaşdırmaq məqsədi güdür.

Radikallar belə, geridə qalacaq

Cənubi Koreya da ölkəsində 28 min amerikalı hərbçinin mövcudolduğu hərbi bazaların Vaşinqton tərəfindən maliyyələşdirilməsininəzərdə tutan anlaşmanı noyabra qədər yeniləmə məaələsir. RəsmiSeul anlayır ki, ABŞ-ın Cənubi Koreyanı dəstəkləməsinə ayırdığımaliyyənin həcmindən narazı olan D.Tramp prezident seçilərsə sərtqərar qəbul edə bilər.

Bütün bunlarla yanaşı, görülən tədbirlərin D.Trampın radikalqərar vermək istəyəcəyi təqdirdə, ona əngəl törədəcəyinə inamazdır.

Çünki D.Tramp hətta inandığı mühafizəkar, "soyuq savaş"illərinin düşüncəsi ilə davranan hərbçilərlə siyasətçiləri -məsələn, Mayk Pompeo, Herbert MakMaster, Cim Mettis və ya Con Keli- də radikallıqda geri qoya bilər.

Üstəlik, Trampın yaxın ətrafındakı siyasətçiləri də NATO vəAvropa İttifaqı ilə bağlı skeptik mövqe tutublar.

Trampın prezident seçiləcəyi təqdirdə ABŞ-ın Milli TəhlükəsizlikŞurasına sədr təyin edəcəyi deyilən Elbric Kolbinin sonaçıqlamalarından biri maraqlıdır: “Bizim Avropada potensialtəhlükənin qarşısını almaqla bağlı imkanlarımız sonsuz deyil.Xatırladım ki, hələ Henri Kissincer demişdi ki, “alyanslara vəittifaqlara üzvlük bizim üçün intihara bərabər öhdəliklərolmamalıdır”. Bu sözlər indi xüsusilə aktualdır”.

Dəyişikliklər qaçılmazdır

Donald Tramp 2024-cü ildə ABŞ prezidentliyinə seçiləcəyitəqdirdə ABŞ-ın xarici siyasətində, geosiyasi doktrinada vədiplomatik-hərbi imperativlərində bir sıra mühüm dəyişikliklərqaçınılmaz olacaq. Tramp administrasiyasının xarici siyasətinəyenidən baxış zərurəti, onun ilk prezidentlik dönəminintəcrübələrinə əsaslanaraq, dünya səhnəsində hansı yeni yanaşmalarıngözlənilə biləcəyini öyrənmək üçün əhəmiyyətlidir.

“Amerika Birinci” yanaşmasının güclənməsi

Donald Tramp 2016-cı ildə prezident seçildikdən sonra "AmerikaBirinci" (America First) doktrinasını önə çəkmişdi. Bu doktrina,ABŞ-ın milli maraqlarını digər ölkələrin maraqlarından üstüntutmağa əsaslanırdı. 2024-cü ildə yenidən prezident seçiləcəyitəqdirdə, bu yanaşmanın daha da güclənməsi gözlənilir. Trampın busiyasəti çərçivəsində, ABŞ-ın beynəlxalq təşkilatlara vəkoalisiyalara daha az əhəmiyyət verəcəyi, bunun əvəzində isəikitərəfli münasibətlərə üstünlük verəcəyi ehtimal olunur. Bu,ABŞ-ın NATO kimi beynəlxalq təşkilatlarda rolunun azalmasına vəmüttəfiqləri ilə münasibətlərində daha sərt mövqe tutmasına səbəbola bilər.

Ticarət və iqtisadi siyasətdə proteksionizmingüclənməsi

Donald Trampın prezidentliyi dövründə ABŞ-ın ticarət siyasətiproteksionist yanaşmalarla xarakterizə olunmuşdu. Çinin iqtisaditəsirinə qarşı mübarizə aparmaq üçün ticarət tarifləri və iqtisadisanksiyalar tətbiq edilirdi. D.Trampın yenidən prezident seçilməsi,ABŞ-ın iqtisadi siyasətində proteksionizmin daha da güclənməsinəsəbəb ola bilər. Bu, Çin və Avropa İttifaqı ilə ticarətmüharibələrinin davam etməsi və hətta yeni iqtisadi münaqişələrinortaya çıxması deməkdir.

Rusiya və Şimali Koreya ilə münasibətlərdə yenidənyaxınlaşma

Donald Trampın ilk prezidentliyi dövründə Rusiya və ŞimaliKoreya ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı müşahidəolunmuşdu. Bu siyasətin yenidən gündəmə gəlməsi mümkündür. Rusiyailə münasibətlərin yaxşılaşdırılması, xüsusən də enerji sektorundaəməkdaşlığın artırılması, ABŞ-ın Avropa ilə enerji rəqabətindəüstünlük qazanmasına kömək edə bilər. Şimali Koreya ilə isə nüvəproqramının məhdudlaşdırılması və sülh razılaşmalarının əldəedilməsi məqsədilə diplomatik səylərin davam etdirilməsigözlənilir.

Orta Şərq siyasətində yeni yanaşmalar

Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Orta Şərq siyasətidə ciddi dəyişikliklərə məruz qalmışdı. İsrail-Fələstin münaqişəsi,İran ilə nüvə razılaşması və Səudiyyə Ərəbistanı ilə münasibətlərdəyeni yanaşmalar müşahidə olunmuşdu. 2024-cü ildə yenidən prezidentseçilməsi halında, Trampın bu siyasətləri davam etdirəcəyi və həttadaha radikal addımlar atacağı gözlənilir. İran ilə nüvə proqramıüzrə razılaşmaların yenidən müzakirə edilməsi, İsrail ilə dahagüclü əməkdaşlıq və Fələstin məsələsində sərt mövqe tutma ehtimalıyüksəkdir.

İqlim dəyişikliyi və ekoloji siyasət

D.Tramp administrasiyası dövründə ABŞ-ın iqlim dəyişikliyi iləbağlı siyasəti də ciddi tənqidlərə məruz qalmışdı. Paris İqlimRazılaşmasından çıxılması və ətraf mühit qorunmasına dairsiyasətlərin zəiflədilməsi Trampın ekoloji siyasətinin əsascizgiləri olmuşdu. Yenidən prezident seçildiyi təqdirdə, Trampın busiyasəti davam etdirəcəyi və iqlim dəyişikliyi ilə mübarizədə dahaaz fəal olacağı gözlənilir. Bu, ABŞ-ın beynəlxalq səviyyədə ekolojiliderliyinin azalmasına və digər ölkələrlə bu sahədə əməkdaşlığınınzəifləməsinə səbəb ola bilər.

İmperativlərdə yenidən strukturlaşma

Trampın prezidentliyi dövründə ABŞ-ın hərbi-strateji yanaşmasıda ciddi dəyişikliklərə məruz qalmışdı. NATO ilə münasibətlərdəgərginliklər, Avropada hərbi qüvvələrin yenidən yerləşdirilməsi vəAsiya-Sakit okean regionunda hərbi mövcudiyyətin artırılması budəyişikliklərdən bəziləri idi. Yenidən prezident seçilməsi halındaTrampın bu sahədə də yenidənqurma işlərini davam etdirəcəyi vəABŞ-ın hərbi-strateji imperativlərində daha çox qlobal rəqiblərəyönəlmiş siyasət yürüdəcəyi gözlənilir. Bu, xüsusilə Çin və Rusiyailə hərbi rəqabətin güclənməsi deməkdir.

... Donald Trampın prezidentliyə seçilməsi halında, ABŞ-ınxarici siyasətində və geosiyasi doktrinada mühüm dəyişikliklərgözlənilir. Bu dəyişikliklər ABŞ-ın dünya səhnəsindəki mövqeyiniyenidən formalaşdıracaq və beynəlxalq münasibətlərdə yeni dinamikayaradacaq. "Amerika Birinci" yanaşmasının güclənməsi, ticarət vəiqtisadi siyasətdə proteksionizmin artması, Rusiya və Şimali Koreyailə münasibətlərdə yaxınlaşma Orta Şərq siyasətində radikalyanaşmalar və iqlim dəyişikliyi siyasətində dəyişikliklər, ABŞ-ınxarici siyasətində gözlənilən əsas yeniliklərdən yalnız birneçəsidir. Bu dəyişikliklərin qlobal təsirləri isə dünya siyasətinəvə beynəlxalq münasibətlərə ciddi təsir göstərəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
5
az.trend.az

6Mənbələr