AZ

“Paris-2024”: Azərbaycan badmintonçusu ilk görüşünü keçirib

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. SİA xəbər verir ki, N qrupunda yer alan idmançı ilk görüşündə çinli He Bin Çzyao ilə qarşılaşıb.

Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dünya reytinqinin ilk “onluğ”unda qərarlaşan Çin idmançısı ilk setdə 21:8, ikinci setdə isə 21:7 hesablı üstünlük qazanıb.

Keişa Fatimə Zəhra qrupda növbəti oyununu iyulun 29-da Böyük Britaniya badmintonçusu Kristi Gilmora qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
7
sia.az

10Mənbələr