AZ

“Paris-2024”: Azərbaycan badmintonçusu ilk görüşdə uduzdu

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

90deqiqe.Az xəbər verir ki, N qrupunda yer alan idmançı ilk görüşündə çinli He Bin Çzyao ilə qarşılaşıb.

Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə başa çatıb - 0:2 (8:21, 7:21)

Dünya reytinqinin ilk “onluğ”unda qərarlaşan Çin idmançısı ilk setdə 21:8, ikinci setdə isə 21:7 hesablı üstünlük qazanıb.

Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da Kirsti Qilmora (Böyük Britaniya) qarşı keçirəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
7
90deqiqe.az

10Mənbələr