Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Teleqraf.com xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.
Rəqibini uduzan Ağayev mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, bundan əvvəl qadın cüdoçumuz Leyla Əliyeva da yarışların 1/16 finalında mübarizəni dayandırıb.
Müəllif: Teleqraf.com