Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında tatamiyə çıxıb.
60 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Ağayev mübarizəni dayandırmalı olub. Daha əvvəl Leyla Əliyeva (48 kq) yarışla vidalaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.