AZ

Vüsalənin ölümü ilə bağlı yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR

Yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq canına qəsd edən Vüsalə Dadaşova ilə bağlı yeni detallar məlum olub.

 

Pravda.az Oxu.az-a istinadən xəbər verir ki, xəyanətdə adı hallanan qadın iş adamıdır. O, ailəlidir.

 

Bundan əlavə olaraq mərhumun övladlarından biri bu ilin məzunudur. Oğlu isə 7-ci sinif şagirdidir. Bildirilir ki, hazırda onlar ana tərəfləri ilə dialoqa girə bilmirlər.

 

Digər bir məlumata görə V. Dadaşova əri ilə 7 ilə yaxın sevgi münasibəti yaşasa da, ailəsi evlənmələrinə razı olmayıb. Daha sonra qızın ailəsini razı salaraq evləniblər.

 

Mərhum ətrafda pozitiv, gülərüz biri kimi tanınıb.

 

Qeyd edək ki, 1984-cü il təvəllüdlü V.Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb.

Tarix: 28 İyul 2024, 02:52   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
14
pravda.az

10Mənbələr