AZ

Faciəvi şəkildə vəfat edən Vüsalə barədə yeni faktlar - Evlənmək üçün ərini 7 il gözləyibmiş - Video

Yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq canına qəsd edən Vüsalə Dadaşova ilə bağlı yeni detallar məlum olub.

Xəyanətdə adı hallanan qadın iş adamıdır. O, ailəlidir.

Bundan əlavə olaraq mərhumun övladlarından biri bu ilin məzunudur. Oğlu isə 7-ci sinif şagirdidir. Bildirilir ki, hazırda onlar ana tərəfləri ilə dialoqa girə bilmirlər.

Digər bir məlumata görə V. Dadaşova əri ilə 7 ilə yaxın sevgi münasibəti yaşasa da, ailəsi evlənmələrinə razı olmayıb. Daha sonra qızın ailəsini razı salaraq evləniblər.

Mərhum ətrafda pozitiv, gülərüz biri kimi tanınıb.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü V.Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb. / Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
14
kanal.az

10Mənbələr