AZ

Paris-2024: Azərbaycanın iki cüdoçusu mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Straxinya Bunçiç ilə (Serbiya) üz-üzə gəlib.

Rəqibinə məğlub olan Y.Nəcəfov turnirlə vidalaşmalı olub.

Bundan əlavə, Gültac Məmmədəliyeva da Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Anjelika Delqado (ABŞ) ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan G.Məmmədəliyeva turnirlə vidalaşmalı olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
50
hakimiyyet.az

10Mənbələr