AZ

Paris-2024: Mariya Stadnik 1/4 final mərhələsində məğlub oldu - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
 
Moderator.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.
 
Rəqib sonuncu xal prinsipinə (4:4) əsasən mərhələ adlayıb. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
14:45
 
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
 
Moderator.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.
 
Rəqibinə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
 
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
moderator.az

10Mənbələr