AZ

Paris-2024: Mariya Stadnik 1/4 final mərhələsində məğlub oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.

Rəqib sonuncu xal prinsipinə (4:4) əsasən mərhələ adlayıb. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
bizim.media

10Mənbələr