AZ

"Qalatasaray" 22 milyonluq futbolçu transfer edir

Türkiyənin "Qalatasaray" klubu "Zenit"dən yarımmüdafiəçi Vendeli transfer etməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Kontra Spor” məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər 26 yaşlı futbolçunun transferi üçün 22 milyon avroya razılaşıblar. "Zenit"in 12 milyonu dərhal alacağı, qalan məbləği isə bir neçə il ərzində hissə-hissə ödəyəcək.

Xatırladaq ki, Vendel ötən mövsüm "Zenit"in heyətində bütün yarışlarda 35 oyun keçirib, burada 4 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Seçilən
44
3
90deqiqe.az

6Mənbələr