AZ

"Qalatasaray"dan 22 milyon avroluq transfer bombası - FOTO

Türkiyənin "Qalatasaray" klubu "Zenit"dən yarımmüdafiəçi Vendeli transfer etməyə yaxındır.   Manset.az xəbər verir ki, bu barədə “Kontra Spor” məlumat yayıb. Mənbənin məlumatına görə, türk klubu braziliyalı yarımmüdafiəçinin transferi üçün 22 milyon avro ödəyəcək. 12 milyon avronu "Qalatasaray" dərhal, qalanını isə bir neçə il ərzində hissə-hissə ödəyəcək. Bonus hissəsi 2 milyon avroya çatacaq. Bundan əvvəl mediada Vendelin Türkiyə klubuna keçmək üçün heç bir səy göstərmədiyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Vendel ötən mövsüm "Zenit"in heyətində bütün oyunlarda 35 oyun keçirib, burada 4 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Seçilən
33
3
manset.az

6Mənbələr